Mehdi Hüseynzadədən bəhs edən kitab məktəblilərə təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxanasın­da Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə ərsəyə gətirdiyi “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə kitabxananın informasiya-resurs şöbəsi tərəfindən hazırlanmış “Mehdi Hüseynzadə” adlı sənədli film nümayiş olunub, Binəqədi rayon Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdləri qəhrəmanın şeirlərini səslən­dirib­lər.

DİGƏR MƏQALƏLƏR