"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı çapdan çıxdı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (3/2015) sayı nəşr olundu.

 

Jurnalın bu sayında:

* Nobel mükafatı laureatı Xuan Ramon Ximenesin şeirləri;

* Nobel mükafatı laureatı Kamilo Xose Selanın "Paskual Duartenin ailəsi" romanı;  

* Azərbaycan Ədəbiyyatından Vaqif Bayatlı Odərin şeirləri və Saday Budaqlının "Yaxşı oğlan" hekayəti;

* Serb yazıçısı Milorad Paviçin "Küləyin astar üzü" romanı;

* Yekaterina Vitisin oğlu Vasili Qrossmana  "Cəhənnəmdən  məktub"u;

* Rus poeziyasından seçmələr: Fyodor Tütçev, Maksimilian Voloşin, Semyon Nadson və  Andrey Voznesenskinin şeirləri:

* İran yazıçısı Sadiq Hidayətin "Kor bayquş" romanı;

* Şervud Andersonun məktubları;

* Türk dünyasından seçmələrdə altay mif və əfsanələri;

* Paraqvay yazıçısı Auqusto Roa Bastosun "Kurupi"  hekayəsi;

* Herman Hessenin "Xoşbəxtlik haqqında" essesi;

* Görkəmli  rus yazıçısı Vladimir Nabokovun "Yaxşı oxucu və yaxşı yazıçı" essesi və digər maraqlı yazılar təqdim olunur. 

DİGƏR MƏQALƏLƏR