Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə Seçim Turları davam edir.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1.     Şəxsiyyət vəsiqəsinin surəti

2.     CV

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

Sənədlərin qəbulu 2018-ci il 30 oktyabr tarixinə qədər davam edəcək.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)

DİGƏR MƏQALƏLƏR