"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2017) sayı nəşr olunub.

Jurnalın bu sayında:

Çağdaş Norveç ədəbiyyatı” rubrikasında – Yusteyn Qorderin “Portağal Qız” romanı;

Azərbaycan ədəbiyyatı” rubrikasında – Elçinin “Baş” romanının sonu;

“Poeziya” rubrikasında – Cansuq Çarkvianinin şeirləri;

Macar ədəbiyyatı” rubrikasında – Peter Nadaşın “Mənim ölümüm hekayəsi;

Türk dünyası” rubrikasında – Əli Ağbaşın şeirləri;

“Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;

“Debüt” rubrikasında – Şəbnəm Əsədovanın tərcüməsində İvan Klimanın “Miriyam” hekayəsi;

“İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;

“Səhnə” rubrikasında – Yuri Polyakovun “Sinif yoldaşları” pyesi;

* Tərcümə mətbəxi” rubrikasında – Vilayət Hacıyevlə müsahibə və onun tərcüməsində Haynrix Böllün “Kişisiz ev” romanından parça;

* “Teatr” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”.

DİGƏR MƏQALƏLƏR