ƏDƏBİ MOZAİKA

MİXAİL BULQAKOVA HEYKӘL QOYULUB 

Oxucular arasında keçirilən sorğu nəticəsində məşhur rus yazıçısı Mixail Bulqakova Moskvada bürüncdən heykəl qoyulması qərara alınıb. Abidənin müəllifi gənc heykəltəraş Yekaterina Kazans - kayadır. Heykəltəraşın bu işinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına namizədliyi irəli sürülüb. Heykəl, Bulqa - kovun ev-muzeyinin yaxınlığında qoyulub. 1891-ci ildə Kiyevdə anadan olan Mixail Afanasyeviç Bulqakov 1940-cı ilin martında Moskvada vəfat edib. Yazıçının «Master və Marqarita» romanıdünyanın ədəbi hadisələrindən hesab edilir. 

 

400 MİN DOLLARLIQ YAZI MASASI

İngilis yazıçısı Coan Roulinqin Harri Potterin sərgüzəştlərindən bəhs edən «Harri Potter və Fəlsəfə daşı», «Harri Potter və Sirlər otağı» romanlarının qələmə alındığı yazı masası hərracda 400 min dollara satılıb. C.Roulinq yazı masasının üzərinə «Har - ri Potteri bunun üzərində yazdım» qeydini əlavə edib. 1930-cu illərə aid bu yazı ma - sası xanım yazıçıya Şotlandiyanın Edin - burqşəhərində hədiyyə edilib. Satışdan əldə olunan gəlirin Roulinqin şəxsi xeyriyyə fonduna köçürüləcəyi qeyd olunur. C.Roulinqin romanları 450 milyondan çox tirajla satılıb. Nüfuzlu «Worner Brothers» şirkəti 2001–2011-ci illərdə onun romanları əsasında 8 film ekranlaşdırıb. Filmlərin ümumi gəliri 8 milyard dollara yaxındır.

 

NAZİM HİKMӘTİN NӘŞİ TÜRKİYӘYӘ GӘTİRİLӘ BİLӘR 

Türkiyə parlamentinin bir qrup deputatı məşhur şair Nazim Hikmətin məzarının Türkiyəyə gətirilməsi ilə bağlı təkliflə çıxış edib. Məclis üzvlərinin sorğusunu ədliyyə naziri Bəkir Bozdağ cavablandırıb. Onun sözlərinə görə, rəsmi İstanbul bu yöndə lazımi addımlar atmaq istəsə də, şairin varisləri nəşin köçürülməsinə razı olma - yıblar. 1902-ci ildə Salonikidə anadan olan Na zim Hikmət 1963-cü ildə Moskvada dün - yasını dəyişib. O, kommunist ideolo gi ya - sının təbliğinə görə vətənində uzun müddət təqib edilərək dəfələrlə həbs olunub. 

 

PAOLO KOELYONUN KİTABLARI QADAĞAN EDİLDİ 

Məşhur braziliyalı yazıçı Paolo Koel - yonun erotik məzmunlu və islama zidd kimi dəyərləndirilən kitablarına bir neçə ərəb ölkəsində qadağa qoyulub. Bu barədə şəxsi tvitter səhifəsində yazıçı özü məlumat verib. Artıq Liviya təhlükəsizlik xidməti ya - zı çının kitablarının dükanlardan yığışdı rıl - masına başlayıb. Paolo Koelyonun tvitter səhifəsində yaydığı məlumata əsasən, hə - min səbəblərdən eləcə də F.Nitşe, N.Məh - fuz, D.Braun kimi müəlliflərin əsərləri bütün kitabxana və mağazalardan yığış dırılıb.

 

İTALİYA ORXAN PAMUKU FӘXRİ DOKTOR ELAN ETDİ

Nobel mükafatı laureatı Orxan Pamuka «Məsumiyyət muzeyi» romanına görə İtaliyanın «Akademiya de Bella Art» sənət və yaradıcılıq Mərkəzinin fəxri doktoru adı verilib. 1776-cı il də təsis edilən universitet yazı çını «bədii peşəkarlıq və sənətlə ədəbiyyatın vəhətini yarada bilmək ustalığına görə» mükafatlandırıb. Üstə lik, Orxan Pamukun sənətlə bağlı fikirlərini dinləmək üçün xüsusi simpozium da təşkil edilib. Orxan Pamukun altı ilə yazdığı «Məsu miyyət muzeyi» romanı dünyanın əksər dillərinə tərcümə edilib və bir neçə beynəlxalq mükafata layiq görülüb. Yazıçı 1952-ci il də İstanbulda anadan olub. «Mənim adım qırmızı», «Bəyaz qala», «Qar», «Cövdət bəy və oğulları», «Məsumiyyət muzeyi», «Səs siz ev» kimi romanları müxtəlif dillərə tərcümə olunub. «Taym» jurnalının 2006-cı il də keçirdiyi sorğunun nəticələrinə görə, Pamuk dünya nın 100 ən görkəmli şəхsiyyəti sırasına daхil edilib.

 

MӘŞHUR ӘSӘRİN SATIŞI 200 DӘFӘ ARTIB

Corc Oruellin «1984» adlı antiutopik əsərinin ABŞ-da satışı 200 dəfəyə qədər artıb. Әsər amazon.com nəhəng onlayn mağazasının bestsellerləri sırasında birinci yer tutub. Kitabın müəlliflik hüququnun sahibi olan «Penguin» nəşriyyatı təkcə ötən həftə tirajı 75 min nüsxə artırıb. Qərb mətbuatı son günlər romana olan marağı ABŞ prezidenti Donald Trampın inaqurasiyadan sonra ver - diyi qərarlarla əlaqələndirirlər. İngiltərə yazıçısı Corc Oruell XX əsr ədəbiyyatının görkəmli simalarından biridir. Әsərlərində yer alan ictimai ədalətsizliyə və totalitarizmə qarşı mübarizə mövzusu onu tez bir zamanda bütün dünyada məşhurlaşdırıb. Әn məşhur əsərləri «1984» və «Heyvanıstan» romanlarıdır.

 

STİVEN KİNQ OĞLU İLӘ MÜŞTӘRӘK ROMAN YAZIB

Stiven Kinqin oğlu ilə bərabər yazdığı roman çapdan çıxıb. «Yatmış gözəllər» Nyu-Yorkda Book-Expo kitab sərgisində təqdim ediləcək. Sərginin icraçı direktoru Brayan Mak Donald bildirib ki, insanlar tədbirə kitabı əldə etməkdən çox, bu müəlliflərlə ünsiyyət qurmaq istəyiylə gələcəklər. O, həmçinin sərgidə başqa tanınmış müəlliflərin də iştirak edəcəyini vurğulayıb. ABŞ yazıçısı Stiven Kinq hazırda kitabları ən çox satılan yazıçılardan hesab edilir. O, «Yaşıl mil», «Parıltı», «Qar şı - durma», «Ölü zona» kimi əsərlərinə çəkilən filmlərdən ümumilikdə 40 milyon dollar gəlir əldə edib.

 

DÜNYANIN İLK BUZ KİTABXANASI YARADILDI

Məlumdur ki, dünyanın ən dərin gölü olan Baykal qış aylarında bəzən tamamilə donur. Rusiyalı mütəxəssislər gölün bu özəl - liyindən istifadə etmək qərarına gəliblər. Peşəkar mütəxəssislər tərəfindən donmuş göldəki buz «divarlar»ın üzərinə xüsusi üsul - la bir çox dünya yazıçılarının əsərlərinin qısa xülasəsi yazılıb. Sərgi-kitabxana sə ciyyəli məkan aprel ayının əvvəllərinə, yə ni buzlar tam əriyənə qədər fəaliyyət gös tərəcək. Ruslar bununla həmin yerə turistləri cəlb etməyi düşünürlər.

 

Hazırladı: Elmin Nuri

DİGƏR MƏQALƏLƏR